Bakıda qadınlardan dəhşətli əməl - gözəllik salonunda...
8 Aprel 2024 10:40 HadisəAbşeron rayonunun Masazır qəsəbəsində gözəllik salonundan oğurluqda şübhəli bilinən iki qadın saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sözügedən ərazisində yerləşən gözəllik salonlarının birindən 7000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən 2 qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31