Tovuzda qəza - xəsarət alanların kimliyi məlum oldu - FOTO

20:18

Tovuzda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

Olaylar.az APA-ya istinadən bildirir ki, xəsarət alanlar Abulbəyli kənd sakinləri - 1993-cü il təvəllüdlü Rafiq Məmmədov, 1994-cü il təvəllüdlü Günel Məmmədova, 1993-cü il təvəllüdlü Xəyalə Əliyeva, 2018-ci il təvəllüdlü Fatimə Məmmədova və 2017-ci il təvəllüdlü Mələk Məmmədovadır.


20:05

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. Hərəkətdə olan "Mersedes Vito" markalı mikroavtobusla "VAZ-2106" toqquşub.

Toqquşmadan sonra "Mercedes Vito" markalı mikroavtobus yoldan çıxaraq yüksək gərginlik xəttinə çırpılıb, nəticədə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Əraziyə "Azərişıq" əməkdaşları cəlb olunub, elektrik enerjisinin bərpası istiqamətində işlər gedir. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31