Ağdamda partlayışda yaralanan ANAMA əməkdaşının vəziyyəti açıqlandı
6 Aprel 2024 13:41 HadisəDetonator partlayışı nəticəsində xəsarət alan ANAMA əməkdaşının vəziyyəti stabildir.
Bu barədə Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, sağ baldırın yuxarı 3/1 ön səthinin kiçik ölçülü qəlpə yaraları, sağ əlin iç səthinin kəsilmiş yarası ilə xəstəxanaya gətirilən Anar Piriyevə ilkin tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabildir. Müalicəsi davam etdirilir.(trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31