Binəqədidə yataqxanada yanğın söndürülüb: 45 nəfər təxliyə edilib

Bakıda yataqxanada baş verən yanğın söndürülüb.

Bu barədə Olaylar-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən binada yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli binanın birinci mərtəbəsində, ilkin hesablamaya əsasən, mənzildə 12kv.m sahədə otaq əşyaları və 24p.m elektrik naqilləri yanıb. Digər mənzillər yanğından mühafiə olunub.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 45 nəfər bina sakini təxliyə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31