Xankəndidə və digər ərazilərdə silahlar aşkarlandı
6 Aprel 2024 10:00 HadisəÖtən gün vətəndaşlardan 21 silah götürülüb.
Bu barədə Olaylar-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 5-də Xankəndi şəhəri ərazisindən 7 avtomat silahı, 2 tapança, 3 tüfəng, 20 qumbara, 55 patron darağı, 1440 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bundan başqa, polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 8 tüfəng və 1005 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31