Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib

Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxani vəfat edib.

Olaylar xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyi "X" platformasında paylaşım edib.

"Gəncə xanı Cavad xan nəslinin nümayəndəsi Rza Cavadxaninin əziz xatirəsini yad edirik", - paylaşımda deyilir.

Paylaşımda həmçinin, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rza Cavadxanini Prezident sarayında qəbul etdiyi xatırlanıb.

"O zaman Rza ata-baba yurduna gəlməkdən şərəf duyduğunu və Azərbaycanda bütün sahələrdə böyük inkişafa şahid olduğunu qeyd edib", - deyə səfirlikdən bildiriblər.

Azərbaycan Respublikasının ABŞ-dəki səfiri və səfirliyinin adından Rza Cavadxaninin ailəsinə başsağlığı verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31