Xankəndidə avtomat və qumbaralar tapıldı
5 Aprel 2024 10:03 HadisəPolis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 4-də Xankəndi şəhəri ərazisindən 3 avtomat silahı, 2 tüfəng, 5 qumbara, 37 patron darağı, 3148 ədəd müxtəlif çaplı patron, 6 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31