Avtomobillə motosiklet toqquşdu - xəsarət alan var - FOTO

Oğuzda avtomobillə motosiklet toqquşub.

Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, Oğuz rayonunun Calut kəndi ərazisində baş verib.

Hərəkətdə olan minik avtomobili ilə Bakı şəhəri Pirallahı rayon sakini, 1989-cu il təvəllüdlü Qədir Ferəddin oğlu Verdiyevin idarə etdiyi motosiklet toqquşub.

Nəticədə mokosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəısarətləri alaraq Oğuz xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31