Güclü külək səbəbindən 5 nəfər yaralanıb - TƏBİB
4 Aprel 2024 17:45 HadisəSon məlumata əsasən, bu gün güclü külək səbəbindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 4 ünvan üzrə 5 müraciət qeydə alınıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hər dörd ünvana təcili tibbi yardım briqadası cəlb olunub.
Külək nəticəsində müxtəlif səbəblərdən xəsarət alanlardan 3 nəfər kişi, 2 nəfər isə qadın olub.
Onlardan 2 nəfər (1 qadın, 1 kişi olmaqla) ixtisaslaşmış tibb müəssisəsinə hospitalizasiya olunub.
3 nəfərə (1 qadın, 2 kişi olmaqla) isə təcili yardım briqadaları tərəfindən yerində yardım göstərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31