Mina hadisələri dinamikası azalmağa doğru gedir - ANAMA sədri

Mina hadisələri dinamikası azalmağa doğru gedir.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 30 il işğal müddətində torpaqlarımızda təxminən milyon yarım mina basdırılıb.

"Keçmiş məcburi köçkünlərimizin böyük miqyasda torpaqlarına qayıtmamasının səbəbi təhlükəsizliklə bağlıdır. Vətəndaşlarımız hissə-hissə köçürülsə də, mina problemi qalıb. 44 günlük müharibə bitdikdən bu ilin 3 aprelinə qədər 129 min ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Mina qurbanlarının 70-i mülkilərdir", - o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31