ANAMA sədri mina qurbanlarının sayını AÇIQLAYIB
4 Aprel 2024 15:03 HadisəÜmumilikdə, Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir.
Olaylar.az xəbər verir ki, bunu ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel Beynəlxalq mina xəbərdarlığı və mina təhlükəsizliyi mübarizəyə yardım günü münasibətilə keçirilən brifinqdə deyib.
O qeyd edib ki, onlardan 595 nəfəri həyatını itirib. 3429 nəfər zərərçəkəndən 357 nəfəri uşaq, 38 nəfəri qadınlardır.
"10 noyabr 2020-ci ildən bugünədək 350 nəfər mina partlayışının qurbanı olub. 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb",- deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31