Xalq artisti vəfat etdi - FOTO
4 Aprel 2024 13:21 HadisəRSFSR-in xalq artisti Tatyana Konyuxova 93 yaşında vəfat edib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının Aktyorlar Gildiyasının mətbuat xidməti məlumat yayıb.
"Aprelin 2-də 93 yaşında uzun sürən xəstəlikdən sonra teatr və kino aktrisası, "Şərəf" ordeninin sahibi, Rusiyanın Xalq artisti Tatyana Georgiyevna Konyuxova vəfat edib", - deyə birliyin saytında bildirilir.
Mətbuat xidməti qeyd etdi ki, tamaşaçıların, həmkarlarının və pərəstişkarlarının yaddaşında Tatyana Konyuxova əbədi olaraq "sevinc və işıq verən parlaq, istedadlı, sevimli aktrisa" olaraq qalacaq. (News24.az)


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31