Bakı Metrosunda HƏYƏCANLI ANLAR - Sərnişinlər düşürüldü

"Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər "28 May" stansiyasında düşürülüb.

Bu barədə Olaylar.az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Qeyd edilib ki, qatar xətdən çıxarılıb, əvəzinə qatar verilib və yaranmış problem qısa müddətdə aradan qaldırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31