Bakıda qəza nəticəsində işıqfor dirəyi yararsız vəziyyətə düşüb
3 Aprel 2024 09:54 HadisəBu gün səhər saatlarında Nəsimi rayonu, Rəşid Behbudov ilə 28 May küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Olaylar-a verilən məlumata görə, qəza nəticəsində kəsişmədə olan bir ədəd işıqfor dirəyi yararsız vəziyyətə düşüb.
"Hazırda Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları hadisə yerindədirlər və svetoforun qısa zaman ərzində bərpa edilməsi məqsədilə işlər görülür", - deyə məlumatda qeyd olunub.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31