Bir yaşlı uşağa siqaret çəkdirən ata saxlanıldı - FOTO
2 Aprel 2024 11:45 HadisəSosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov Metbuat.az-a bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.
Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31