Mingəçevirdə qanunsuz odlu silah-sursat gəzdirən və narkokuryerlik edənlər saxlanılıblar

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Fuad Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Olaylar-a verilən məlumata görə, ondan bir ədəd "Kalaşnikov" avtomatı, daraq və 30 ədəd patron aşkarlanıb.

F.Məmmədov odlu silahı bir müddət əvvəl tapdığını bildirib.

Digər əməliyyat zamanı xarici ölkə vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən Sabirabad rayon sakini Hacı Cəfərov saxlanılıb. Ondan 1 kiloqram 250 qram heroin və 800 qram qurudulmuş marixuana aşkar edilib.

H.Cəfərovun əcnəbi narkotacirin təklifi əsasında Mingəçevir şəhərinə gələrək burada gizlədilən narkotik vasitələri pul qarşılığında Sabirabada aparmağa razılaşdığı məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31