Azərbaycanda tələbə qızılcadan vəfat etdi
1 Aprel 2024 13:33 HadisəAzərbaycanda tələbə qızılcadan vəfat etdi.
Okaylar xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Kütləvi tətbiqi idman fakültəsinin "Məşqçilik ixtisasının" III kurs tələbəsi Süleymanlı Cavid Telman oğlu qızılcadan dünyasının dəyişib.
"Akademiyanın rəhbərliyi, müəllim və tələbə heyəti tələbəmizin yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyir", - deyə məlumatda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31