Bərdədə fərdi evdə yanğın: azyaşlı ölüb
1 Aprel 2024 12:50 HadisəBərdədə fərdi yaşayış evinin yanması nəticəsində 5 yaşlı uşaq ölüb.
Olaylar xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.
Belə ki, Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib. Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühavizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb. Alov söndürülüb. Hadisə nəticəsində 5 yaşlı uşaq ölüb. İki nəfər isə xəsarət alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31