Paytaxtda evdən 8 min manatlıq qızıl oğurlanıb
1 Aprel 2024 12:03 HadisəPaytaxtın Fatmayı bağlar sahəsində evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Olaylar-a verilən xəbərə görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məmmədşah Rüstəmov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31