Bakıda baş verən yanğın nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb
1 Aprel 2024 10:19 HadisəDünən Nərimanov rayonunda Həsən Əliyev küçəsində 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunanların vəziyyəti açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən bildirilib ki, yanğından xəsarət alan və Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilən 23 nəfərdən 18-nə ilkin tibbi yardım göstərilib, evə buraxılıb.
"Qalan 5 nəfərin müalicəsi Mərkəzin Toksikologiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır stabil qiymətləndirilir", - deyə mərkəzdən məlumat verilib. (trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31