Şəmkirdə avtomobil qəzası, 3 nəfər yaralandı
29 Mart 2024 19:52 HadisəŞəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Olaylar.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
Avtomobil qəzası nəticəsində 1988-ci il təvəllüdlü M.Məmmədov, 1965-ci il təvəllüdlü B.Ələkbərova və daha 1 nəfər xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31