Eldar Əfəndiyev vəfat etdi - FOTO
28 Mart 2024 10:56 HadisəAzərbaycanın əməkdar hüquqşünası, prokurorluğun veteranı Eldar Əfəndiyev vəfat edib.
Olaylar.az xəbər verir ki, o, 74 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, E.Əfəndiyev 1950-ci ildə anadan olub. O, 1979-cu ildən prokurorluq orqanlarında işləyib. Əvvəllər Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb və 2010-cu ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Əfəndiyev Eldar Məmməd oğlu 2008-ci ildə Azərbaycanın əməkdar hüquqşünası fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin! (iqtisadiyyat.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
