Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Qozlu kəndi ərazisindən 14 ədəd "F-1" əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub.
Partlayıcı sursatlar təhlükəsizlik məqsədilə ərazidən götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31