Qurban Yetirmişlidən zəlzələ ilə bağlı MÜHÜM AÇIQLAMA: "3 aya Azərbaycanda..."
27 Mart 2024 12:01 HadisəBu ilin ilk üç ayında iki mindən çox yeraltı təkan baş verib.
Olaylar bildirir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, bu təkanlardan maqnitudası 3 və bundan yuxarı olanları barədə ictimaiyyətə məlumat verilib.
Qurban Yetirmişli deyib ki, ölkə ərazisində yeraltı təkanların sayı günü-gündən artır:
"Lakin hazırda dağıdıcı gücə malik aktivlik müşahidə olunmur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31