Sumqayıtda iki maşın toqquşub, xəsarət alanlar var
27 Mart 2024 10:23 HadisəSumqayıtda baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.
Olaylar xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
"Toyota Prius" və "Khazar" markalı avtomobillər toqquşub.
Yol nişanına daha sonra isə ağaca çırpılan "Prius" yolun kənarına aşıb.
Sürücü Murad İmanov və sərnişin (şəxsiyyəti dəqiqləşdirilir) dərhal xəstəxanaya çatdırılıb.
Murad İmanovun vəziyyətinin ağır olduğu bildirilir.
Qəzada yol infrastrukturuna ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31