17 yaşlı yeniyetmə atasının maşınını aşırdı, ölən var
27 Mart 2024 10:06 HadisəŞəmkirdə 17 yaşlı yeniyetmə atasının maşınını aşırıb.
Olaylar bildirir ki, hadisə Yeni həyat kəndində qeydə alınıb.
2007-ci il təvəllüdlü Ayxan Amasov sürücülük hüququ olmadan atasına məxsus "VAZ 21 012"markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil aşıb. Qəzada Ayxan Amasov, sərnişinlər - 2009-cu il təvəllüdlü Turxan Alıyev və 1998-ci il təvəllüdlü Orxan Alıyev xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Orxan Əliyev orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31