Xankəndidə silah-sursat aşkarlandı

Xankəndidə silah-sursat aşkarlanıb.

Olaylar xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 24-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 7 avtomat silahı, 21 qumbara, 7 alışdırıcı, 25 patron darağı, 770 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31