“Krokus” teraktı bu silahlarla törədilib
23 Mart 2024 08:40 HadisəMoskvadakı "Krokus Siti Holl"a hücum edən terrorçular, ilkin məlumata görə, müxtəlif modifikasiyalı 7,62 mm-lik "Vepr" və 10,25 mm kalibrli "Sayqa" tüfənglərindən istifadə ediblər.
Bu barədə "Şot" (SHOT) Teleqram kanalı yazıb.
"Vepr" Ukrayna istehsalı hücum silahıdır, "Sayqa" isə Rusiyada, "Kalaşnikov"un bazasında hazırlanıb.
Qeyd edək ki, "Krokus Siti Holl"da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31