İlham Əliyev Putinə başsağlığı verdi

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib.

Məktubda qeyd olunub:

"Hörmətli Vladimir Vladimiroviç,

"Crocus City Hall" konsert zalında baş vermiş dəhşətli terror aktı xəbəri bizi dərindən sarsıtdı.

Bu terror aktını şiddətlə qınayır, Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, Rusiya xalqına və həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına səbir, yaralalanlara isə tezliklə şəfa diləyirəm"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31