Ağsuda qəza: sürücü hadisə yerində öldü

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az axar.az-a istinadən bildirir ki, hadisə rayonun Aratlı-Curuxlu yolunda qeydə alınıb.

Belə ki, rayonun Bozavand kənd sakini, 1966-cı il təvəllüdlü İsgəndər Baxış oğlu Alıyev VAZ-2106 markalı avtomaşınla həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı beton lövhəyə çırpılıb.

Sürücü İsgəndər Alıyev hadisə yerindəcə ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31