Bakıda "Prius" ağaca çırpıldı - VİDEO
20 Mart 2024 18:47 HadisəGünorta saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.
Qəza Neftçilər prospektində qeydə alınıb. Hadisə zamanı "Toyota Prius" markalı avtomobil əvvəlcə eyni istiqamətdə hərəkətdə olan "Chevrolet" markalı maşına, daha sonra ağaca çırpılıb.
Qəza nəticəsində avtomobillərə maddi ziyan dəyib. Ölən və xəsarət alanlarla bağlı məlumat yoxdur.
Həmin görüntüləri təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31