İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir
19 Mart 2024 11:26 HadisəAğstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb.
Olaylar xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib.
Təchizatçının kimliyinə gəlincə, bu, "Auto Azərbaycan" MMC-dir. "Auto Azərbaycan" MMC "Hyundai" şirkətinin Azərbaycandakı distribütorudur.
İddialara görə, xidməti minik avtomobili Ağstafa rayonunun icra başçısı Seymur Orucov üçün alınıb.
Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir. (Qaynarinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31