Azərbaycanda təşkilat sədri tutuldu
19 Mart 2024 10:45 HadisəSosial şəbəklərdə AXCP-nin Daşkəsən rayon təşkilatının sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Olaylar.az-a bildirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31