Xankəndidə silah-sursat aşkarlandı
19 Mart 2024 10:58 HadisəXankəndidə silah-sursat aşkarlanıb.
Olaylar xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 18-də Xankəndi şəhəri ərazisindən 4 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 3 qumbara, 3 qumbara alışdırıcısı, 1 tüfəng, 33 patron darağı, 805 ədəd müxtəlif çaplı patron, 6 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31