Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ (YENİLƏNİB)
18 Mart 2024 18:39 HadisəXəbər verdiyimiz kimi, Bərdədə 7 yaşlı uşağı it dişləyib.
Azyaşlının it dişləməsi ilə bağlı Trend-in sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirlib ki, uşağa ilkin tibbi yardım göstərilib.
"Quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb", - məlumatda deyilib.
17:29
Trend-in yerli müxbiri xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.
2017-ci il təvəllüdlü Rəhimova Dəniz Kənan qızı həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək azyaşlını dişləyib.
Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31