Sumqayıtda 47 yaşlı kişi faciəvi şəkildə öldü

Sumqayıtda 47 yaşlı yaşlı kişinin üzərinə beton plitə aşıb.

Olaylar.az axar.az-a istinadən bildirir ki, hadisə Metallurq küçəsində qeydə alınıb.

Belə ki, metal satışı ilə məşğul olan 1977-ci il təvəllüdlü Qabil Qurban oğlu Şeydayevin üzərinə beton plitə aşıb. O, hadisə yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31