Gəncədə iki avtomobil toqquşub, ata və oğlu xəsarət alıb
14 Mart 2024 17:13 HadisəGəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə şəhərin Totanlı küçəsində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Nazim Hüseynov və onun oğlu, 2006-cı il təvəllüdlü Göyüş Hüseynov xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31