Kürdəmirdə yeniyetmələr arasında bıçaqlanma OLDU

Sumqayıtdan Kürdəmirə gələn qonaq bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Olaylar.az-a veilən məlumata görə, bu gün saat 11 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 2008-ci il təvəllüdlü şəxsin kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Hadisəni törədən 2010-cu il təvəllüdlü bir nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31