Bakıda metroda qadının telefonu oğurlandı

Bakıda metroda qadının telefonu oğurlanıb.

Olaylar xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə metro stansiyasında bir qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş Heybət Yarəlizadə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31