Xankəndidə silah-sursat aşkarlandı

Xankəndidə silah-sursat aşkarlanıb.

Olaylar xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 16-da və 17-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 3 tüfəng, 8 qumbara, 6 alışdırıcı, 30 patron darağı, 1555 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31