Ötən gün tonqalda xəsarət alanların sayı AÇIQLANIB
13 Mart 2024 11:10 HadisəRespublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 12.03.2024-cü il tarixində saat 20:22-də Nizami rayonu, İ.Məmmədov 17 ünvanından və 20:51-də Yasamal rayonu, Şərifzadə küçəsi ünvanından tonqalda xəsarət alma ilə bağlı 2 müraciət daxil olub.
Olaylar.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
"Xəsarət alan 4 yaşlı (kişi cinsli) hər iki qolun termiki yanığı, 17 yaşlı (kişi cinsli) şəxs isə hər iki əlin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub", - deyə əlavə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31