Məşhur polkovnik-leytenant vəfat etdi
13 Mart 2024 10:08 HadisəI Qarabağ müharibəsi qazisi vəfat edib.
Olaylar.Az xəbər verir ki, polis polkovnik-leytenantı "Azərbaycan Bayrağı" ordenli qazi, Xocalı fədaisi Bəxtiyar Qulu oğlu Aslanov dünyasını dəyişib.
Qeyd edək ki, 1992- ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü olan B.Aslanov Xocalının müdafiəsi uğrunda mübarizə aparıb.
Fevralın 25-i axşam ermənilər Xocalıya hücum edən zaman Əlif Hacıyev və onun dəstəsi səhər saatlarına qədər düşmənə müqavimət göstərib. Əlifin döyüş yoldaşı Bəxtiyar Aslanov da düşmənlə sona qədər döyüşür. B.Aslanov döyüşlər vaxtı 6 güllə yarası alıb və 14 ay hospitalda yarıhuşsuz vəziyyətdə yatıb. (olke.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31