Sədərəkdə yük maşını dərəyə aşdı - FOTO

Sədərək rayonunda yük maşını dərəyə aşıb.

Olaylar.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaraağac yolunda baş verib.

Belə ki, Eldəniz Nağıyevə məxsus yük maşını idarəetməni itirərək yol kənarında yerləşən dərəyə aşıb. Xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31