Azad edilmiş ərazilərdə ötən həftə 191 mina aşkarlanıb
11 Mart 2024 16:45 HadisəAzərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan Olaylar-a verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 128 piyada əleyhinə mina, 63 tank əleyhinə mina, 316 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 997,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31