Həftəsonu əməliyyat tədbirləri: 43 kiloqramdan çox narkotik aşkarlanıb
11 Mart 2024 14:08 HadisəPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 9-da və 10-da ölkə ərazisində 43 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 2 kiloqramdan artıq heroin, 37,2 kiloqramdan çox marixuana, 1,2 kiloqrama yaxın tiryək, 2,9 kiloqrama yaxın metamfetamin, həmçinin 452 ədəd metadon həbi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31