Beynəlxalq Avtovağzalın qarşısında və Aeroport yolunda qəza: sıxlıq yarandı

Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında və Aeroport şosesi, "Buta Palace"ın yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar xəbər verir ki, bu barədə DİN Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəzalar səbəbindən metronun "20 Yanvar" stansiyası və Hava limanı istiqamətlərində sıxlıq yaranıb.

Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31