Qobuda itlərin hücum etdiyi uşağın SON VƏZİYYƏTİ
11 Mart 2024 10:59 Hadisə"Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında it dişləməsi səbəbi ilə yaralanan 9 yaşlı uşağın son vəziyyəti açıqlanıb.
Bu barədə Olaylar.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Qeyd edilib ki, pasiyent bu gün reanimasiyadan palataya köçürülüb.
"Azyaşlının vəziyyətində müsbət dinamika müşahidə olunur. Hazırda müalicəsi palata şəraitində davam etdirilir", - deyə bildirilib.
Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə "Qobu Park-3" yaşayış kompleksinin yaxınlığında azyaşlını itin parçalaması barədə görüntülər yayılıb. Zərərçəkən 9 yaşlı (kişi cinsli) azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31