Polis əməkdaşları tərəfindən Xankəndidə silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Olaylar.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 8 ədəd müxtəlif markalı avtomat silahı, 30 patron darağı, 3 alışdırıcı, 930 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31