Azərbaycanda 16 yaşlı qız toyda alkoqollu içkidən şoka düşdü

Tovuzda zəhərlənmə hadisəsi baş verib.APA xəbər verir k i, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 2008-ci il təvəllüdlü F.Ə. (ad şərtidir) huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafinin kafi olduğu bildirilir.

Məlumata görə F.Ə. toyda alkoqollu içkidən zəhərlənərək şoka düşüb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31