Saatlıda birmərtəbəli ev yanıb

Saatlı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Novruzlu kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisinin qamışdan ibarət tavanı 12 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31